COP29

"Turan Tovuz"un legionerinə etimad göstərmədilər

3 İyul 02:30 Turan 907
"Turan Tovuz"un legionerinə etimad göstərmədilər

Amerika Kubokunda qrup mərhələsinin 3-cü turunun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, C qrupunda Uruqvay meydan sahibi ABŞ-ı (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib.

"Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu matç üçün iştirak ərizəsinə daxil edilsə də, ehntiyatda qalıb.

Uruqvay qrup mərhələsini 9 xalla 1-ci, Panama 6 xalla 2-ci pillədə başa vurub.

Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla 3-cü, aktivində xal olmayan Boliviya isə sonuncu olub.

Digər Xəbərlər
Xəbər Lenti