COP29

“İcazə verdiyi məqamlar və qadağalar barədə danışdı, razılaşdıq”

3 İyul 07:30 Turan 1 385
“İcazə verdiyi məqamlar və qadağalar barədə danışdı, razılaşdıq”

Kurban Berdıyev üçün ən vacib olan nizam-intizamdır.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Turan Tovuz”un futbolçusu Ayxan Quseynov deyib.

Yarımmüdafiəçi türkmənistanlı mütəxəssis Kurban Berdıyev seçiminin uğurlu olacağına inandığını deyib:

“Yeni təyinat hər kəs kimi məni də sevindirdi. Futbolçu olaraq onunla işləmək çox maraqlıdır.

Berdıyev çox güclü məşqçidir. Futbolun hər tərəfini görmüş mütəxəssisdir.

Təyinatı rəsmiləşdikdən sonra komandanın kapitanları ilə görüşdü, tapşırıqlarını verdi. İcazə verdiyi məqamlar və qadağalar barədə danışdı, razılaşdıq.

Çalışacağıq ki, onun tapşırıqlarını layiqincə yerinə yetirək. Onun üçün ən vacib olan nizam-intizamdır”.

25 yaşlı futbolçu Qəbələdə davam edən təlim-məşq toplanışı barədə danışıb:

“Bir həftədir ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Daha çox taktiki məşqlərə üstünük veririk.

Bu da yeni baş məşqçimizin futbol ideyaları ilə bağlıdır. Fərqli futbol düşüncələri var.

Məşqlərdə bunu görə bilirik. Hücumdan müdafiəyə qayıtmaq və daha sonra yenidən əks-hücuma çıxmaq kimi məsələlər üzərində daha çox dayanır. Hamımız inanırıq ki, komandanın nəticələrində irəliləyiş olacaq”.

O, qarşıya avrokuboklara vəsiqə qazanmaq hədəfinin qoyulduğunu vurğulayıb:

“Düzdür, bu barədə danışmaq hələ tezdir. Amma gedişat onu göstərir ki, uğurlu çıxış etsək, Konfrans Liqasına düşə bilərik. Hədəfimiz budur. 2024/2025 mövsümünü ilk "dördlük"də bitirmək istəyirik”.

"Turan Tovuz" Kurban Berdıyevlə "2+1" illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti