COP29

Ehtiram Quliyev bu şəxsləri əlavə qazancdan məhrum etdi

2 Sentyabr 19:40 Turan 2 111
Ehtiram Quliyev bu şəxsləri əlavə qazancdan məhrum etdi

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev növbəti dəfə klubda çalışanları təəccübləndirib.

İki ilə yaxındır qərb təmsilçisini himayəsinə almış iş adamı nə etsə yaxşıdır?

Quliyev rəhbərlikdə təmsil olunan şəxsləri mükafatdan məhrum eləyib. Onlar udulan oyunlara görə daha pul almayacaqlar. Halbuki rəsmilər buna qədər futbolçulara çatan mükafatın 50 faizi qədər qazanc əldə edirdilər.

Sədrin yeni mövsümdə «Turan Tovuz»a xərclədiyi mükafat fondu 350 min manata çatıb.

Premyer Liqanın 5-ci turunda «Səbail»ə evdə 1:0 hesabıyla qalib gələn komandaya 60 min manat verib.

Tikinti maqnatı «Sumqayıt»ı 1:0, «Kəpəz»i 3:0 hesabıyla udan kollektivə hər dəfə 60 min ödəyib. Suraxanıda «Qarabağ»ı 1:0 üstələyən qərb təmsilçisi ondan 100 min manat alıb.

Həmçinin ilk turda «Neftçi» ilə Bakıda qeydə alınan 0:0-a görə 70 min manat qazanıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti