«Turan Tovuz»un müdafiəçisi Roderik Miller bugünlərdə əməliyyat olunacaq.
Panamalı legioner ölkəsində cərrah masasına qalxacaq.
O. formasını geyindiyi millinin həkiiminin bıçağı altına uzanacaq.
Şimali amerikalının hər iki dizində problem var. Səbəbkar «menski»dən əziyyət çəkir.
Uzun müddətdir ağrılara mübtəla olan Miller yalnız iynə gücünə meydana çıxıb.
Əməliyyatdan sonra o, 4 ay reablitasiya kursu keçəcək. Bu isə Panama yığmasının üzvünün mövsümün qalan hissəsini buraxması deməkdir.
SPORTİNFO.AZ