COP29

Onların maaşını artırırsız, mənim də pulumu artırın

1 Avqust 09:40 Turan 2 883
Onların maaşını artırırsız, mənim də pulumu artırın

«Turan Tovuz»la müqaviləsini ötən ay uzadan Otto Con gözlənilməz tələblə çıxış edib.

Ölkəmizdə keçirdiyi ilk mövsümdə 10 qol vuran hücumçu maaşının yenidən artırılmasını istəyib.

Nigeriyalı hücumçu keçən sezon aylıq 4000 dollar əməkhaqqı alıb. Üzümüzə gələn «futbol ili»ndə isə bu məbləğ 6000 dollar təşkil eləyəcək.

2025/26-ci il mövsümündə məvacibi 8000 dollara qaldırılacaq. Roderik Millerin maaşına 20 faiz artımın edilməsindən xəbər tutan afrikalı forvard eyni istəklə klub rəhbərliyinin qapısını döyüb.

Con son həftələrdə Avropadan xeyli təklif aldığını deyərək, iki ayağını bir başmağa dirəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti