COP29

İcra Hakimiyyəti Ehtiram Quliyevə verdiyi torpaq sahəsini geri istədi

13 Oktyabr 18:35 Turan 4 021
İcra Hakimiyyəti Ehtiram Quliyevə verdiyi torpaq sahəsini geri istədi

«Turan Tovuz» rəhbərliyi gözlənilməz problemlə üzləşib.

Bu haqda klubdan saytımıza məlumat verilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Ehtiram Quliyevin Bakının Kürdəxanı qəsəbəsində baza tikməyə başlaması yerli İcra Hakimiyyəti (İH) tərəfindən birmənalı qarşılanmayıb.

İH bununla bağlı mövqeyini İdarə Heyətinin sədrinə çatdırıb. Bildirilib ki, əgər iş adamı klub üçün bazanı rayonun özündə deyil, paytaxtda inşa edirsə, burada ona ayrılmış torpaq sahəsinin böyük sahəsi geri alınacaq

. Söhbət Tovuz şəhərinin özündə «Turan»a infrastruktur qurmaq məqsdilə Quliyevin özünə ayrılmış bir neçə hektarlıq ərazidən gedir.

İndi məlum olur ki, demə, hörmətli Ehtiram bəy həmin ərazini heç də bütünlüklə sənədləşdirə bilməyib. Yerin yalnız bir hissəsi özəlləşdirilib, çay kənarına düşən böyük bölüm isə yenə İH-nin balansında qalmaqdadır.

Əvvəlki razılaşmaya görə, baza hazır olandan sonra bu torpağa da çıxarış veriləcək. Klubun birinci şəxsinin əlindəki vəsaiti Kürdəxanıya ayırmasından sonra həmin plan təxirə salınıb.

Bəlkə də həmişəlik kağız üzərində qalacaq, həyata keçirilməyəcək.

İcra Hakimiyyəti o ərazidə işlərin görülməsinə icazə vermirsə, Ehtiram Quliyev bir parça yerdə nə edə bilər ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti