«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Azərbaycanda heç kimin etmədiyini edib.
Klub rəhbərliyi iyundan ölkəmizdə işə başlayan rusiyalı mütəxəssisin istəyi ilə Azərbaycan Dəmir Yolları (ADY) ilə müqavilə imzalayıb.
ADY ilə bağlanmış kontrakta əsasən, qarşı tərəf qərb təmsilçisi üçün sürət qatarı ayırıb. Hansı ki, 4 vaqondan ibarət qatar yalnız «Turan Tovuz»a xidmət edəcək.
Xüsusi reys üzrə işləyəcək qatarın hərəkət qrafiki Berdiyevin özü müəyyənləşdirəcək.
Məsələn, komanda Tovuzda ev oyununu saat 20:00-başa vuracaqsa, nəqliyyat vasitəsi 1 saat sonra vağzalda onları gözləyəcək.
SPORTİNFO.AZ