
Ekstrasens Bayram Nurlu Çempionlar Liqası (ÇL) oyununa pul qoyub.
Sportinfo.az xəbər verir ki, Bayram bu haqda öz sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, ekstrasens dünən ÇL-nin 1/4 final mərhələsi çərçivəsində baş tutan "Yuventus" - "Ayaks" matçının dəqiq hesabını təxmin edərək (1:2) həmin oyuna 100 manat qoyub.
Bayramın hesabı doğru təxmin etməsi nəticəsində o 1300 azn dəyərində mükafat qazanıb.
Təqdim edəcəyimiz videoda Bayramın klubların adlarını doğru tələffüz etməməsi də diqqət çəkən nüanslardandı.