
Azərbaycanın ilk və yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın "10-dan Hədiyyə Qazan Lotereyası"nın ikinci tirajının qalibləri məlum olub.
Sportinfo.az xəbər verir ki stimullaşdırıcı lotereyanın 2-ci tirajı "CBC Sport" telekanalı vasitəsilə canlı yayınlanıb.
Qaliblərə hədiyyələr isə "Topaz"ın rəsmi nümayəndələrinin iştirakı ilə verilib. İlk olaraq baş mükafat - "Hyundai Accent" avtomobili elə avtosalonda 0634042 qeydiyyat nömrəsinin sahibi Abbas Abbasova təqdim olunub.
Digər qiymətli hədiyyələr də öz sahiblərini tapıb. Söhbət 11 ədəd "Samsung Galaxy S9" mobil telefonundan və eyni sayda "Playstation 4 Slim"dən gedir.
"Topaz"ın "10-dan Hədiyyə Qazan" stimullaşdırı lotereyasının sonuncu - 3-cü tirajı dekabrın 24-də oynanılacaq.