
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır. Çempionlar Liqası və Avroliqanın ardınca sıra milli çempionatlarındı.
Sportinfo.az xəbər verir ki, bu gün əksər ölkələrin çempionatlarında, o cümlədən Topaz Premyer Liqasında növbəti tura start verilir.
Milli çempionatımızın bu gün keçiriləcək hər 3 oyununa - "Zirə" - "Qəbələ" (proqramda kodu 130), "Səbail"-"Sumqayıt" (kod 135) və "Neftçi" - "Sabah" (kod 154) görüşlərinə "Topaz"da mərc edə bilərsiz.
Bugünkü qarşılaşmalardan 6-sına "təkli oyun" kimi mərc etməyiniz mümkündür. Onların arasında İspaniya Primerosunun 8-ci turunun açılış matçı - "Atletik” - "Real Sosyedad" matçı da var.
Çoxillik tarixə malik bu bask derbisi böyük maraqla gözlənilir. Bilbao təmsilçisi La Liqada son 5, "Real Sosyedad" isə son 2 turda qalib gələ bilmədiyindən, tərəflərin qələbə üçün maksimum güc qoyacağı şübhə doğurmur.
Ötən tur "Nou Kamp"da "Barselona" ilə 1:1 oynayıb sensasiyaya imza atan "Atletik"in axşamkı dueldə nisbətən favorit sayılması qanunauyğundur.
Üstəlik bilbaoluların heyətində cəmi iki itki olduğu halda "Real Sosyedad"ın 7 əsas oyunçusu zədə, ikisi isə cəza səbəbindən derbidə oynamayacaq. Gecənin maraqlı qarşılaşmasına "Topaz"da həm "təkli oyun" kimi, həm də canlı mərc edə bilərsiz.
Əmsallar: "Atletik”in qələbəsi 2, heç-heçə 3.2, "Real Sosyedad"ın qələbəsi 3.45.
Bask derbisi ilə yanaşı, bu gün "Topaz"da daha 5 matça da "təkli oyun" kimi pul yatıra bilərsiz. Bunlar "Kasımpaşa" - "Göztəpə", "Verder" - "Volfsburq", "Torino" - "Frosinone", "Tuluza" - "Nitsa" və "Brayton" - "Vest Hem" görüşləridi.
Ümumiyyətlə, bugünkü oyun proqramımızda 148 matça mərc etməyiniz mümkündür. Hər oyun qazanmaq şans deməkdir. Şansnızdan istifadə edin.