Karyerası ərzində qazandığı pulun həcmi 40 milyon dolları ötdü

15 Aprel 15:20 Tennis 227
Karyerası ərzində qazandığı pulun həcmi 40 milyon dolları ötdü

“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat qalibi və dünya reytinqinin iki nömrəsi, ispaniyalı tennisçi Karlos Alkarasın karyerası ərzində qazandığı mükafatın həcmi 40 milyon dolları ötüb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı idmançı Monte Karloda keçirilən “Masters” yarışında qalib gəldiyinə görə 1 037 674 dollar qazanıb. Beləliklə də, onun ümumi qazandıqları 40 231 787 dollara çatıb.

Alkaras tennis tarixində həm kişilər, həm də qadınlar arasında 40 milyon dolları keçən 11-ci oyunçu olub.

Bu göstərici üzrə kişilər arasında lider “Böyük Dəbilqə”nin 24 qat qalibi serbiyalı Novak Cokoviçdir (186 933 983 dollar). Qadınlar arasında ən çox qazanan 23 qat çempion amerikalı Serena Vilyamsdır (94 816 730 dollar).

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...