
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.
Sportinfo.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.
Yəğma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.