Məşhur tennisçi Novak Cokoviçin “Australian Open”də Karlos Alkaraza 3:1 hesabı ilə qalib gəldiyi yarımfinal görüşündən sonra dediyi sözlər gündəm olub.
Sportinfo.az xəbər verir ki, o, arenada qarşılaşmanı izləyən uşaqlarına üzünü tutaraq onlara təşəkkür edib.
Daha sonra N.Cokoviç övladlarından nə vaxt yatacaqlarını soruşub:
“Uşaqlarımın hələ də burada olduğuna təəccüblənirəm. Sizi sevirəm və məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Amma saat 1-dir, siz nə vaxt yatacaqsınız?”
Həmin görüntüləri təqdim edirik: