COP29

Dostum, sənin qazandıqların böyük ürəkdən və çoxlu zəhmətdən danışır

12 Oktyabr 18:20 Tennis 1 719
Dostum, sənin qazandıqların böyük ürəkdən və çoxlu zəhmətdən danışır

Braziliya millisinin və “Real”ın sabiq hücumçusu Ronaldo karyerasını bitirdiyini açıqlayan ispaniyalı tennisçi Rafael Nadala təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Nadala təşəkkür edib:

“Rafael, sən həm tennis kortunda, həm də, kənarda əsl fenomensən. Sənin kubokların təkcə böyük istedaddan deyil, həm də böyük ürəkdən və çoxlu zəhmətdən danışır.

Səni “dostum” adlandırmaq şərəfdir. Etdiyin hər şeyə görə təşəkkür edirəm”.

Nadal oktyabrın 10-da, 38 yaşında karyerasını bitirdiyini açıqlayıb. O, “Real” azarkeşidir.

Digər Xəbərlər
Xəbər Lenti