
Tennisin əfsanələrindən olan Rafael Nadal karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
R.Nadal onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirərək, karyerasını yekunlaşdırdığını açıqlayıb.
Rafael Nadal karyerası ərzində 22 dəfə “Grand Slam” çempionluğu qazanıb, 92 dəfə “Avstralia Open”də qalib olub. O, bir dəfə tək yarışlarda, bir dəfə də cüt yarışlarda Olimpiya Oyunlarının qızıl medalını əldə edib.
Karyerası ərzində 1288 görüş keçirən əfsanəvi raketka ustası onların 1068-də qələbə qazanıb, 220 dəfə məğlub olub.