Dünyanın ən yaxşısı Olimpiadada iştirakdan İMTİNA ETDİ

26 İyul 2024 01:00 Tennis 685
Dünyanın ən yaxşısı Olimpiadada iştirakdan İMTİNA ETDİ

Dünyanın birinci raketkası, italiyalı Jannik Sinner 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından imtina etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

22 yaşlı tennisçinin imtina etməsinə səbəb zökəm olması, həkimin ona məşqdən çəkinməyi şiddətlə tövsiyə etməsi olub.

Sinner Olimpiadanın mövsüm üçün əsas məqsədlərindən biri olduğunu, buna görə də çox məyus olduğunu qeyd edib.

Sinner 2024-cü ilin iyun ayından etibarən dünyanın bir nömrəsidir. Bu mövsüm o, həlledici görüşdə rusiyalı Daniel Medvedevə qalib gələrək Avstraliya Açıq çempionatının qalibi olub.

Ümumilikdə onun Peşəkar Tennis Assosiasiyası turnirlərində 13 qələbəsi var.

Digər Xəbərlər
Xəbər Lenti