.jpg)
Rusiyalı 16 yaşlı tennisçi Mirra Andreyeva sensasiyaya imza atmaqla dünyanın gündəminə düşüb.
Sportinfo.az xəbər verir ki, o, Avstraliya Açıq çempionatında dünya reytinqinin 6-cısı Ons Jaberi məğlub edib.
M.Andreyeva rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Ons Jaber dünyanın ən tanınmış qadın tennisçilərindən biridir. Tunisli raketka ustası “Uimbldon”, “Avstraliya Open”, US Open turnirlərində final və yarımfinallarda çıxış edib.