
Dünya reytinqinin bir nömrə tennisçisi Novak Cokoviçin “Roland Qarros”da istifadə etdiyi raketka hərracda satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, serbiyalı tennisçiyə məxsus raketka 107 482 dollara satılıb.
Raketka 2016-cı ildə keçirilən turnirdə istifadə olunub.
Həmin il Novak Cokoviç karyerasında ilk dəfə “Rolan Qarros”da çempionluq qazanmışdı.