
“Real"ın hücumçusu Kilian Mbappe məşhur tennisçi Rafael Nadala öz formasını hədiyyə edib.
Sportinfo.az “AS” nəşrinə istinadən xəbər verir ki, fransalı ulduz La Liqada “Malyorka” ilə oyundan (1:1) sonra bu addımı atıb.
Tennisçi Malyorka adasının tərkibində olan Manakorda doğulub. Rafael “Real” azarkeşidir və matça xüsusi qonaq kimi dəvət olunub.
Həmin görüntüləri təqdim edirik: