“Mən karyeramı bitirəndən sonra 4-5 yerdə işləyirəm”

21 Mart 02:30 Taekvondo 343
“Mən karyeramı bitirəndən sonra 4-5 yerdə işləyirəm”

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib.

Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini seçilib.

Sportinfo.az xəbər verir ki, yeni təyinatı ilə bağlı musavat.com-a danışan Fəridə Əzizova bildirib ki, hazırda 4-5 yerdə çalışır və bu, ona çətin deyil:

“Mən 4 ildir ki, Atletlər Komissiyasında fəaliyyət göstərirdim. Eyni zamanda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi çalışıram.

-Hazırda Taekvondo Federasiyasında milli komandanın məşqçisiyəm. Həm də yenidən idman səfiri seçilmişəm.

Heç bir çətinlik çəkmədən bir neçə işi görə bilirəm. İdman karyeramı bitirəndən bu işlərlə məşğul oluram”.

Fəridə Əzizova Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi