COP29

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

13 İyun 2023 01:20 Taekvondo 773
Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq.

Sportinfo.az xəbər verir ki, yığma müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib.

Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər.

Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.

Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar.

Ölkəmiz III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.

Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur