Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkatma mərasimi təşkil olunub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cavad Ağayevin rəqibi müəyyənləşib.
O, 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaqlar. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.
29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.