Azərbaycan taekvondo millisinin liderləri Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayevin (+87 kq) Bakıda keçiriləcək dünya çempionatında iştirak etməmə səbəbi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən taekvondoçular artıq milli karyeralarını başa vurublar:
“Onlara şərt qoyulmuşdu ki, ötən il Azərbaycan çempionatında iştirak etsinlər, amma qatılmadılar. Qərarı özləri verdilər və yığma karyeralarını bitirdilər”.
Taekvondo üzrə dünya çempionatına mayın 29-da start veriləcək.