Azərbaycan Basketbol Liqasında 14-cü turun oyunlarına yekun vurulub.
Hesabat turunda "Neftçi İdman Klubu" turnir cədvəlinə başçılıq edən NTD ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində təşkil olunan və sonadək gərgin mübarizə şəraitində keçən qarşılaşmada “ağ-qaralar” yüksək əzmkarlıq nümayiş etdirərək qələbəyə daha çox layiq olduqlarını sübut ediblər.
2 saatdan artıq davam edən qarşılaşmada “Neftçi İK” lideri 86:79 hesabı ilə məğlub edib.
Qarşılaşmada ən məhsuldar basketbolçular "Neftçi İK”dan Denis Cons (24 xal, 6 ribaund), NTD-dən isə Kuinton Kempbel (19 xal, 4 ribaund ) olub.
HƏBİB / SPORTİNFO.AZ