Azərbaycan taekvondoçuları Radik İsayevlə Milad Beigi Harçeqaninin taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov qurumun mətbuat xidmətinə açıqlama verib.
O bildirib ki, əsas komanda ilə məşq etməyən idmançıların məsələsinə İdarə Heyətinin toplantısında baxılacaq və yekun qərar qəbul olunacaq:
"Titulundan asılı olmayaraq hər bir idmançı təlim-məşq toplanışlarında iştirak etməli və baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir.
Bu taekvondoçular hazırda məşqlərə qatılmırlar. Baş məşqçi onlarla bağlı izahatı bizə təqdim edib".
Dağıstan əsilli Radik İsayev 2012-ci, Milad Beigi Harçeqani isə 2015-ci ildən Azərbaycan yığmasında çıxış edir.