COP29

"10"u əlindən aldılar, 10 min manatdan imtina etdi, açığa düşüb getdi… FOTO

14 İyul 11:05 Sumqayıt 4 491
"10"u əlindən aldılar, 10 min manatdan imtina etdi, açığa düşüb getdi… FOTO

"Sumqayıt"dan ayrılanların siyahısına yeni ad əlavə olunub.

Kamran Əliyev buradan gedib.

Azərbaycanın U-21 millisinin sabiq hücumçusu yenidən Rusiyaya qayıdıb. 25 yaşlı forvard bir vaxtlar formasını geyindiyi "SKA-Xabarovsk"a dönüb.

O, Biriqci Liqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

2023-cü ilin yayında Tula "Arsenal"ından "Sumqayıt"a keçən Kamran Əliyev 2021-2022 mövsümündə də "SKA-Xabarovsk" klubunda çıxış edib.

Onun «kimyaçılar»la sözləşməsi gələn ilin yayında başa çatacaqdı. Gəl ki, Samir Abasov gədəbəyli forvardı sərəncamında görmək istəməyib.

Baş məşqçi hələ ötən mövsümün ilk yarısından etibarən, Əliyevin üstündən qara xətt çəkib.

«Qəbələ» ilə səfər matçında əvəzlənməsinə etiraz edən hücumçuya elə meydanın kənarında xoşagəlməz sözlər söyləyən çalışdırıcı sonra onu tədricən ehtiyat oyunçuya çevirdi.

«Gənclik şəhəri» təmsilçisindən 10 min manat maaş alan Kamran bəlkə də getməyəcək, müqaviləsinin müddəti başa çatanadək Sumqayıt küçələrində görünəcəkdi.

Rəhim Sadıxovun kluba dönüşü ilə «vərəqi çevrildi». Belə ki, millinin sabiq yarımmüdafiəçisi ondan 10 nömrəli formanı istəyincə, aləm bir-birinə dəydi.

Əliyev öncə Sadıxovun xahişini yerə saldı, «vermirəm» dedi. Rəhbərlik işə qarışmayınca, Abasov yekun nöqtəni qoydu:

«10»u ver, özün də sakit qal». Bu hadisə Kamranın səbr kasasını daşıran son damla oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti