COP29

UEFA-nın yeni qərarı Azərbaycan klubuna nə qədər PUL QAZANDIRDI?

3 Sentyabr 17:00 Sumqayıt 3 212
UEFA-nın yeni qərarı Azərbaycan klubuna nə qədər PUL QAZANDIRDI?

“Dinamo” (Minsk) avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belarus təmsilçisi Konfrans Liqasında qonaqlarını Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.

1-ci tur
3 oktyabr

20:45 “Dinamo” – “Harts” (Şotlandiya)

4-cü tur
28 noyabr

21:45 "Dinamo" - "Kopenhagen" (Danimarka)

5-ci tur
12 dekabr
21:45 Dinamo - “Larne” (Şimali İrlandiya)

Siyasi məsələlərə görə UEFA Belarus klublarının avrokubok görüşlərini öz ölkələrində keçirməsinə icazə vermir.

“Dinamo”nun Sumqayıtdakı oyunları da azarkeşlər üçün bağlıdır. Nominal ev sahibləri buradam istifadəyə görə “Sumqayıt”a ödəmə edəcək.

Amma “kimyaçılar” onları çox da xərcə salmayıb. Belarus tərəfi qarşıdakı 3 matça görə 30 min avro civarında pul verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti