"Mən bu haqda çox danışa bilmərəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Miloş Miloviç deyib.
“Kimyaçılar” yeni baş məşqçi Vaqif Cavadovun rəhbərliyi altında 8-ci matçında 5-ci qələbəni “Neftçi” ilə görüşdə öz aktivinə yazdı.
“Gənclik şəhəri” təmsilçisi Kamran Quliyev və Cordan Rezabalanın ilk hissədəd vurduğu qollarla sabiq şalışdırıcısı Samir Abasovu məyus etdi.
Maraqlıdır, gənc mütəxəssis 2 ay ərzində komandada nəyi dəyişə bilib?
Sentyabrın ortasından etibarən ölkəmizdə çıxış edən 28 yaşlı monteneqrolu müdafiəçini dinləyək:
“Fərq aydın görünür. Məsələn, indi irəli daha tez çıxırıq.
Sürətli oynamağa çalışırıq. Ümid edirəm ki, vaxt ötdükcə, hər şey daha yaxşı olacaq".