COP29

"Düzünü desəm, "Qarabağ"dakı bu oyunçularla…" - Yeni transfer

23 İyul 07:20 Sumqayıt 6 209
"Düzünü desəm, "Qarabağ"dakı bu oyunçularla…" - Yeni transfer

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın monteneqrolu yeni forvardı Nikola Vuynoviç sportal.az-a müsahibə verib.

- “Sumqayıt”a transferin necə reallaşdı? Təklif uzun müddət idi ki, gəlmişdi, yoxsa yeni dəvət göndərmişdilər?

- Hər şey tez bir zamanda baş verdi. "Sumqayıt" mənim bundan əvvəl Xorvatiyada oynadığım kluba təklif göndərmişdi. Daha sonra mən bunu ailəm və agentimlə müzakirə etdim. Elə danışıqlardan sonra razılaşdıq və yeni komandamın Ankaradakı toplanışına qoşuldum.

- Maraqlıdır, indiyə qədər Azərbaycan klublarından təklif almışdın?

- Xeyr, Azərbaycan klublarından təklif almamışdım. Bu, ilk idi. “Sumqayıt”la anlaşdığım üçün şadam.

- "Sumqayıt" haqda nə düşünürsən? Adaptasiya prosesi necə keçdi, hər şey qaydasındadır?

- Hələ ki, hər şey yaxşı gedir. Klubda hamı məni çox isti qarşıladı. Onlar da mənim “Sumqayıt”a tez bir zamanda adaptasiya olmağıma köməklik göstərdilər. Deyərdim ki, hər şey yaxşıdır.

- Azərbaycan futbolu haqda əvvəlcədən məlumatlı idin? Premyer Liqada monteneqrolu futbolçular - Marko Veşoviç və Marko Yankoviç oynayırdı. “Sumqayıt”a keçməmişdən əvvəl onlarla danışmışdın?

- Düzünü desəm, çox da məlumatım yox idi. Sadəcə “Qarabağ”ın Avropa Liqasındakı bir neçə oyununu izləmişdim. Yəni, bildiyim ancaq bunlar idi. Həm Marko Veşoviçi, həm də Marko Yankoviçi tanıyıram. Onlarla birlikdə Monteneqro millisində oynamışdıq. Ancaq düzünü desəm, onlarla heç danışmamışam.

- "Sumqayıt" Konfrans Liqasında “Fehervar”la qarşılaşacaq. Səncə, Macarıstan klubunu məğlub etmək, onları keçmək şansınız var?

- Əlbəttə ki, şansımız var. Amma futbolda hər şey meydanda həll olunur. Biz əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı alınsın. Ümidvaram ki, bu da növbəti mərhələyə adlamağımız üçün yetərli olacaq.

- "Fehervar" barədə hansısa məlumata sahibsən?

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?