Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" klubu ilə qarşılaşacaq "Fehervar"ın (Macarıstan) Bakı planı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.
O, komandanın iyulun 24-də Bakıda olacağını bildirib:
“Fehervar” ayın 24-də Bakıda olacaq. Macarıstandan təxminən 50 nəfərə yaxın azarkeş gələcək.
Amma klub tərəfindən özləri ilə media nümayəndələri gətirəcəklərinə dair bizə heç bir məlumat verilməyib”.
"Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.