COP29

Samir Abasovu nə vaxt sorğu-sual etmək olar?

23 İyul 02:50 Sumqayıt 1 310
Samir Abasovu nə vaxt sorğu-sual etmək olar?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Sportinfo.az xəbər verir ki, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq.

Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Daha sonra isə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq.

20:00-da isə komandamızın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?