COP29

UEFA-nın qadağası ilə üzləşən klub Azərbaycana pənah gətirir? - VACİB AÇIQLAMA

20 Avqust 10:40 Sumqayıt 3 782
UEFA-nın qadağası ilə üzləşən klub Azərbaycana pənah gətirir? - VACİB AÇIQLAMA

YEFA-nln qadağası ilə üzləşən Minsk “Dinamo”su avrokubokların qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirə bilər.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Ludoqorets“i Macarıstanda qonaq etmiş Belarus klubu Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə qarşılaşacaq.

“Dinamo” Belçika təmsilçisini keçə bilməsə, Konfrans Liqasının qrup mərhələsində çıxış.edəcək.

Minsklilərin qrup mərhələsinin oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qəbul etməsi gözlənilir.

“Sumqayıt“ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev Belarus mediasında yayılan xəbərə Sportinfo.az vasitəsilə aydınlıq gətirib:

“Bu məsələdən xeyli müddətdir danışılır. Bilirsiz ki, Azərbaycanda olan və UEFA-nın kriteriyalarına uyğun gələn stadionların heç biri boş deyil.

“Dalğa“da “Zirə“ oynayır. “Tofiq Bəhramov“u “Qarabağ“ götürüb.

Bakı Olimpiya Stadionu COP-29-a görə qapalıdır. Bircə qalır Sumqayıtdakı stadion.

Ona görə də “Mehdi Hüseynzadə“nin adının çəkilməsi başadüşüləndir. Mən bu barədə klubumuzun prezidenti Riad Rəfiyevlə söhbət etmişəm.

Riad müəllimin dediyinə görə, “Dinamo“nun ev oyunlarını Sumqayıtda keçirmək istəməsindən xəbərdardır, ancaq hələ ortalıqda real bir şey yoxdur“.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…