Təlim-məşq toplanışını Antalyada davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Rumıniyanın “Politexnika İaşi” komandası ilə görüşüb.
“Topkapı” otelinin stadionunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.
Yoxlama oyunu
Sumqayıt – Politexnika İaşi (Rumıniya) 1:1
Qol: Xəyal Nəcəfov, 12.
Antalya, “Topkapı” otelinin stadionu
Qeyd edək ki, “Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.