COP29

Premyer Liqa klubunun rəhbərliyi “müvəqqəti şəxs”lə bağlı qərar verdi - SON DƏQİQƏ

15:00 Sumqayıt 2 150
Premyer Liqa klubunun rəhbərliyi “müvəqqəti şəxs”lə bağlı qərar verdi - SON DƏQİQƏ

Oktyabrın əvvəlində «Sumqayıt»ın sükanı arxasına keçən Vaqif Cavadov «müvəqqəti baş məşqçi» statusundan qurtulmaq üzrədir.

Bunun üçün sadəcə bir qədər gözləməsi lazımdır. Klub rəhbərliyi onunla bağlı yeni qərar verib.

Belə ki, Samir Abasovdan sonra komandanı çalışdıran gənc mütəxəssis onların etimadını doğruldub. «Kimyaçılar» Cavadovun gəlişiylə uğursuzluq zolağından xilas olub və 3 qələbə qazanıb.

Xallarının sayını 16-ya yüksəldən «gənclik şəhəri» təmsilçisi turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Əgər kollektiv qış fasiləsinədək minimum daha iki qalibiyyət əldə etsə, Cavadovla yeni müqavilə imzalanacaq və baş məşqçi postuna təyinatı rəsmiləşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?