“Premyer Liqa yaxşı səviyyədədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Miloş Miloviç deyib.
Bu ilin yayında "gənclik şəhəri" təmsilçisi ilə 1+1 illik müqavilə imzalayan 29 yaşlı müdafiəçi Azərbaycan çempionatını bəyəndiyini söyləyib, monteneqrolu fikirlərini belə bölüşüb:
“Mən 10 klubun olduğu sistemi çox bəyənirəm. Bu, daha yaxşı keyfiyyət deməkdir.
Görürəm ki, hər tur neçə gərgin keçir. Burada asan rəqib yoxdur. Hər həftə istənilən nəticə qeydə alına bilər.
Biz də hədəfi olan klubuq. Turnir cədvəlində irəli getməyə gücümüz var”.