Konfrans Liqasındakı təmsilçimiz “Sumqayıt”ın yolu Macarıstandan kecəcək.
Püşk onları ”Qəbələ”yə qarşı oyunlardan tanıdığımız “Fehervar”a rəqib edib.
Macar klublarına qarşı vaxtilə Roman Qrqorçukun “Qəbələ”sinin, son illərdə isə “Qarabağ”ın uğurlu çıxşını görmüşük.
Təəssüf ki. 2022-ci ilin yayında “Qəbələ” “Fehervar” qarşısında layiqli mübarizə apara bilmədi: səfərdə 1:4 hesablı məğlubiyyət həlledici oldu və Qəbələdə qazanılan 2:1 heasblı qələbənin əhəmiyyəti qalmadı.
“Sumqayıt”ın eyni aqibəti yaşamayacağına inanmaq istərdik. Amma bu yay görülən işlər hələlik nikbinlik üçün əsas vermir.
Komandanı 5 oyunçu tərk edib ki, onların 4-ü mütəmadi əsas heyətdə olanlar idi.
Yeni transferlər isə Rəhim Sadıxov və Albaniya “Eqnatiya”sından alınan 28 yaşlı braziliyalı yarımmüdafiəçi Fernandodur.
Rəhim bir kənara, bu Fernandonun komandaya nə vaxt uyğunlaşaçağını nəzərə alsaq, “Sumqayıt” macarlar qarşısına formalaşmamış heyətlə cıxacaq. İlk oyun iyulun 25-dədir.
Qalan 2 həftə ərzində alınacaq yeni oyuncular haqqında da eyni sözləri demək olar.
İlkin Fikrətoğlu