"Sumqayıt"dan ayrılan Rəhim Sadıxov karyerasını "Turan Tovuz"da davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək mümqavilə bağlanılıb.
O, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.
Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.