COP29

Qurbanov gözünü yumdu, “Sumqayıt”ın haqqı bu cür yeyildi - VİDEO

17 Avqust 17:40 Sumqayıt 4 029
Qurbanov gözünü yumdu, “Sumqayıt”ın haqqı bu cür yeyildi - VİDEO

“Sumqayıt“ yeni mövsümün ilk məğlubiyyətini Tovuzda qaldı.

Premyer Liqanın ikinci turu çərçivəsində rayona səfər edən “kimyaçılar“ yerli “Turan“a 0:1 hesabıyla uduzdu.

“Gənclik şəhəri“ təmsilçisi yalnız öz futbolçularından deyil, hakimlikdən də narazı qalıb. Belə ki, referi Tural Qurbanov ikinci hissənin sonlarına yaxın ciddi səhvə yol verib.

Ev sahiblərinin braziliyalı legioneri Kristian Da Silva cərimə menydançası yaxınlığında Səbuhi Abdullazadəyə qarşı kobud oynayıb.

Yarımmüdafiəçi sürüşmə fəndi işlədərək, onun ayağını tapdlalayıb. Baş hakim cərimə zərbəsi təyin etsə də, «sambaçı»ya nə sarı, nə də qırmızı vərəqə göstərib.

Halbuki, Da Silva 62-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə «sarı» almışdı, fəqət, Qurbanov bu dəfə onu meydandan kənarlaşdırmağa özündə cürət tapmadı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…