COP29

Son vaxtlar ulduzu parlayan azərbaycanlı oyunçuya Türkiyənin hansı klubundan təklif gəlib?

14 Avqust 19:40 Sumqayıt 1 739
Son vaxtlar ulduzu parlayan azərbaycanlı oyunçuya Türkiyənin hansı klubundan təklif gəlib?

“Ona görə indi bizə heç bir təklif gəlməyib“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın mətubat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

Yayılan yeni iddialara görə, “Bodrumspor” “Sumqayıt”da aparıcı oyunçulardann Səbuhi Abdullazadə üçün hərəkətə keçib.

Superliqaya vəsiqə qazanan debütant son vaxtlar ulduzu payrlayan yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Əslində, Türkiyə təmsilçisi Səbuhini hələ ötən mövsüm transfer etmək niyyətində olsa da, keçid baş tutmamışdı. Bu yay isə “Bodrumspor” Səbuhini transfer edəcəyinə ümidlə yanaşır.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın yetirməsidir və onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-da bitəcək.

Z.Xudiyev oyunçunun ayrılmasının hazırda gündəmdə olmadığını bildirib:

“Türkiyədən başqa bir klub Səbuhiyə ciddi maraq göstərib. “Pendikspor“ futbolçumuzla maraqlanırdı və “Sumqayıt“a rəsmi şəkildə müraciət də etmişdilər.

Bu da bir neçə ay bundan qabaq olub. İndi sosial şəbəkələrdə yayılan xəbərlər, sadəcə, söz-söhbətdir".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…