
Millinin sabiq müdafiəçisi Elvin Bədəlov «Sumqayıt» rəhbərliyindən yeni təklif alıb.
«Kimyaçılar» 29 yaşlı arxa oyunçusu ilə sözləşmənin müddətini daha 2 il uzatmağı planlaşdırıb.
2019-cu ildən «gənclik şəhəri» təmsilçisinin şərəfini qoruyan və hazırda kapitan sarğısını daşıyan «Zenit»in yetirməsi son çağırışı qəbul edərsə, bu, onun maddi durumuna müsbət təsir göstərəcək, maaşı bir qədər də artırılacaq.
Elvinin mövcud aylıq gəlirinin 14 min manat olmasını xatırladaq.
SPORTİNFO.AZ