“Neftçi”dən təklif aldı, yetirməsi olduğu klubdan bu qədər PUL İSTƏDİ!

14:00 Sumqayıt 1 490
“Neftçi”dən təklif aldı, yetirməsi olduğu klubdan bu qədər PUL İSTƏDİ!

«Sumqayıt» Səbuhi Abdullazadəyə 2+1 illik yeni müqavilə təklif edib.

Tərəflər arasında danışıqlar xeyli müddətdir davam etsə də, hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Buna səbəb maliyyə şərtləridir. Belə ki, yarımmüdafiəçi yetirməsi olan klubdan ötən illərlə müqayisədə daha böyük əməkhaqqı istəyir.

«Kimyaçılar» 24 yaşlı orta sahə oyunçusunun burada qalmasına nail olmaq istəyirsə, ona illik 150 min manat ödəməlidir.

Hazırkı konttrakının müddəti bitmək üzrə olan \Səbuhinin belə «bərk getməsi» qətiyyən təsadüf deyil. Millinin debütantı Premyer Liqanın digər təmsilçisindən təkliflər alıb.

Ona ən sərfəli dəvət «Neftçi»dən gəlib. Samir Abasov keçmiş tələbəsini ağ-qara formada görməkdə maraqlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti