"Heç kim istəməzdi ki, belə səhv olsun"

20 Aprel 21:55 Sumqayıt 136
"Heç kim istəməzdi ki, belə səhv olsun"

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turunda "Zirə" doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov görüşdən sonra keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı komandaya qarşı mübarizə apardıq. "Zirə" elə-belə 2-ci yerdə getmir. "Sumqayıt" da bu matçda yaxşı futbol nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda bu gün futbol oynadı. İnanıram ki, komandamız bu cür oyunla, belə komandaklara qarşı daha da möhkəm olacaqlar. Növbəti oyunlarda da bu cür oyun olmasını istəyirəm. "Zirə"yə uğurlar arzulayıram. Çətin oyunlarımız var. Ona hazırlaşacağıq.

- Yerli futbolçuların uşaq səhvlərini gördükdən sonra düşünürsüz ki, nə yaxşı növbəti mövsüm legioner limiti tətbiq olunmayacaq?

- Düşünmürəm. Heç kim istəməzdi ki, oyunun sonuna 6-7 dəqiqə qalmış belə səhv olsun. Biz də ikinci hissədə üstünlüyü ələ keçirmişdik. Belə epizodda səhv buraxdıq. Futboldur. Yerli və ya əcnəbi olsun, mənim üçün hamısı eynidir, hamısına güvənirəm. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərəm. Meydançada nə etmək istədiklərini yaxşı bilirlər. Növbəti oyunlarda daha yaxşı oynayaraq, epizodlarımızı qola çevirərik.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...