
«Sumqayıt»ın futbolçuları rəhbərlik tərəfindən cəzalandırılıb.
Buna səbəb komandanın Premyer Liqanın 30-cu turunda «Şamaxı»ya doğma publika önündə məğlubiyyətidir.
Belə ki, «kimyaçılar» ilk hissədə Roi Kehatla hesabı açsa da, fasilədən sonra buraxdığı iki qolla meydanı başıaşağı tərk edib.
Nəticədə «gənclik şəhəri» təmsilçisi «şirlər»i turnir cədvəlində 1 pillə yuxarı buraxıb, özü isə 29 xalla 8-ci sıraya düşüb.
Nəticə rəsmiləri məyus etdiyindən, onların hamısı cəriməyə məruz qalıb.
Bu barədə oyunçulara məlumat verilib. Aprel ayı üzrə maaş büdcəsininbir qismi buna görə tutulacaq.
SPORTİNFO.AZ