Premyer Liqa klubunda hər kəsi məmnun edən forvard ölkəmizi tərk edə bilər

16 Aprel 22:20 Sumqayıt 723
Premyer Liqa klubunda hər kəsi məmnun edən forvard ölkəmizi tərk edə bilər

Bobir Abdixolikov mövsümün sonu "Sumqayıt"ı tərk edə bilər.

Düzdü, klub onun çıxışından məmnundur.

Performansı məşqçilər korpusunu qane edir.

Problem özbəkistanlı legionerin əməkhaqqısının yüksək olmasıdır.

Bu ilin fevral ayında transfer edilən forvardla 6 ay +1 il şərti müqavilə imzalanıb.

Növbəti 1 ilin aktivləşməsi klubun yox, yalnız futbolçunun istəyilə mümkün ola bilər.

Bobir həm də Özbəkistan millisinin şərəfini qoruyur. Hazırda asiyalıların 2026-cı ildə keçiriləcək Dünya Çempionatına getmək şansı yüksəkdir.

Məhz bu məqam da danışıqlarda "9 nömrə"nin xeyrinə işləyən amildir.

Bobir Abdixolikov qış transfer pəncərəsində vətəninin “Nasaf” klubundan “Sumqayıt”a keçib. O, “kimyaçılar”ın heyətində 7 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!