
“Sumqayıt” 2025/26 mövsümü üçün heyət çalışmalarına start verib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.
2023/24 mövsümündən "Sumqayıt"da çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb.
İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 qolun ötürməsi ilə yadda qalıb.