"Bir səhv hər şeyi məhv edir"

18 Aprel 23:00 Sumqayıt 199
"Bir səhv hər şeyi məhv edir"

"Sumqayıt"ın hücumçusu Silvanus Nimeli Premyer Liqanın 30-cu turunda "Şamaxı"ya məğlubiyyətdən sonra Sportinfo.az-a müsahibə verib.

- Bu gün niyə məğlub oldunuz?

- Meydana qələbə üçün çıxmışdıq. Həftə ərzində yaxşı da hazırlaşmışdıq. Planlarımız vardı. Amma rəqib kiçik səhvlərimizdən yaxşı istifadə etdi. Futbolda bəzən hər şey istədiyin kimi alınmır. Daha böyük istəklə hazırlaşmalıyıq ki, növbəti oyunlar yaxşı nəticələr əldə edək.

- Hücumçu olduğun halda cinah müdafiəçisi kimi çıxış edirsən. Bu sənə necə təsir edir?

- Normal mövqeyim hücumçudur. Komandada daha çox hücumçu var. Düşünürəm ki, heyətdə yer almaq üçün baş məşqçi harda desə oynamağa hazıram. Məncə, fərqli mövqedə də oyunum pis alınmır.

- Ardıcıl 3 oyunda məğlub olmadınız. Amma iki görüşdü məğlubiyyətlər alırsınız. Uğurun davamını gətirməyə nə mane oldu?

- Hansısa rahatlıqdan söhbət gedə bilməz. Ardıcıl 3 görüşdə məğlub olmadıq. Buna çox şadıq. Əhval-ruhiyyəmiz yaxşı idi. Oyuna da nizam-intizamlı hazırlaşırdıq. Amma bu futboldur. Bəzən 1 səhv hər şeyi məhv edir.

- Növbəti rəqib liqanın ən formada olan komandası "Zirə"dir. Nəyə ümid edirsən?

- Hazırlığımız davam edir. Tək hədəfimiz Zirə səfərində mübarizə apararaq qalib gəlmək olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"