Qələbə üçün bundan hamar yol?

18:35 Sumqayıt 115
Qələbə üçün bundan hamar yol?

Deyəsən, 3 oyunluq məğlubiyyətsizlik seriyası "Sumqayıt"lı futbolçuları göyün yeddinci qatına qaldırıb.

"Araz Naxçıvan"a məğlubiyyəti başa düşdük.

Tutaq ki, rəqibin heyəti, büdcəsi, iddiaları sonda özünü tabloda əks etdirdi.

Bəs hədəfi liqada qalmaq olan "Şamaxı"ya məğlubiyyətə nə söz?

Doğma meydan, münasib rəqib və vurulan erkən qol.

Qələbəyə gedən yol bundan hamar necə olmalıdır?

Daha yaxşısını təsəvvür belə etmək olmur.

Amma "kimyaçılar" bu cür fürsəti əldən verdilər.

Elə fasilə ərəfəsində Mossi bir qədər diqqətli olsaydı, hesab 2:0 olacaqdı.

Ona kimi də meydan sahiblərinin fərqi artırmaq üçün yaxşı hücum perespektivləri vardı.

Bacarmadılar...

Sanki bir rahatlıq, arxayınlıq Vaqif Cavadovun yetirmələrinə hakim kəsilmişdi. Bəlkə elə özünə də...

Qonaqlar bundan maksimum istifadə etməsini bildi.

İkinci yarıya yüksək templə başlayan Ayxan Abbasovun komandası 3 dəqiqə aralığında vurduğu 2 qolla qələbəni təmin etdi.

Buraxılan qollarda müdafiə xəttinin xətaları isə bir başqa yazının mövzusu ola bilər.

Sumqayıt təmsilçisi üçlü əvəzetmədən sonra sona 15 dəqiqə almış ayıldı.

Rəqib qapısında təzyiq yaratmağa çalışdı.

Amma çox gec idi.

Karvan çoxdan keçmişdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti