
Millinin sabiq yarımmüdafiəçisi Rövlan Muradov «Sumqayıt»lıları dilxor edib.
«Qəbələ»nin yetirməsi son iki mövsümdə formasını geyindiyi «kimyaçılar»la yeni müqavilə imzalamaqdan boyun qaçırıb.
O, başqa təkliflər aldığından, qarşıdakı iki sezonu da «gənclik şəhəri» təmsilçisində keçirməkdən imtina eləyib.
Hərçənd «Sumqayıt» 1998-ci il təvəllüdlü «7 nömrə» əvvəlki ilə müqayisədə daha çox əməkhaqqı ödəməyə hazırdır.
Muradovun «tərs damarı»nın tutması son vaxtlar əsas heyətdə az-az yer almasından irəli gəlir.
Vaqif Cavadovun yanvardan bəri ona münasibəti dəyişib. Baş məşqçi Rövlanı əksər hallarda sonradan meydana buraxır.
Bu, həmçinin klub rəhbərliyinin sərt tənqidlərini qəbul etməməsi ilə bağlıdır. Yarımmüdafiəçi oyunu ilə bağlı eşitdiyi iradlara kobud reaksiya verib.
SPORTİNFO.AZ