“Nə olsun ki, uduzublar? Bu, bizi aldatmamalıdır, itirəcək heç nəyimiz yoxdur”

12 Aprel 11:40 Sumqayıt 280
“Nə olsun ki, uduzublar? Bu, bizi aldatmamalıdır, itirəcək heç nəyimiz yoxdur”

“Ayxan Abbasovun çalışdırdığı komandalar həmişə mübarizliyi ilə seçilib. İndi də bunu “Şamaxı”nın ifasında görürük”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev deyib.

Ötən tur “Araz-Naxçıvan”a məğlub olan “kimyaçılar” 30-cu turda doğma azarkeşlərinin qarşısında “Şamaxı”nı qəbul edəcək.

Həmin komanda ki, son iki matçı məğlub başa vurub və səfər oyunlarında Şamaxıdakı qədər inamlı görünmür.

Xaçayev bu fakta önəm vermədiklərini deməklə yanaşı, meydana 3 xal üçün çıxacaqlarını gizlətməyib:

“Nə olsun ki, iki oyunda uduzublar? Bu, bizi aldatmamalıdır.

O demək deyil ki, psixoloji sarsıntı yaşayırlar, yaxud əllərini yanlarına salacaqlar. Xeyr, əksinə, motivasiyaları yüksək olacaq.

“Şamaxı” təhlükəli rəqibdir, hər imkandan istifadə etməyi bacarır. Öz meydanımızda oynayacağıq.

İtirəcək heç nəyimiz yoxdur. Avrokuboklara vəsiqə üçün şansımız olmasa da, istənilən halda qələbə qazanmalıyıq.

Son dörd pillədəki komandaların xalları bir-birinə yaxındır. İşimizi çətinə salmamaq üçün qalibiyyət mütləqdir”.

Aprelin 12-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyun saat 19:15-də start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"