
Ötən həftə səkkiz oyunluq qələbəsizlik seriyasını qıran “Araz-Naxçıvan” uğurun davamını gətirmək istəyir.
“Liv Bona Dea Arena”da “Sumqayıt” 2:0 hesabı ilə məğlub edən “qırmızı-ağlar”ın bu dəfəki rəqibi “Kəpəz”dir.
Oyun Tovuzda, rəqiblərin arzulamadığı süni örtüklü meydanda baş tutacaq. Gəncəlilərin burada kifayət qədər inamlı təsir bağışladığını rəqəmlər göstərir.
Mümkün çətinliklərə baxmayaraq, Naxçıvan təmsilçisi qələbə qazanıb ikinci yer uğrunda iddiasını davam etdirmək istəyir.
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Benni Sportinfo.az-a açıqlamasında oyunla bağlı danışıb:
“Çempionatda elə komanda yoxdur ki, asan qələbə qazanacağını düşünəsən. Hər birinin özünə görə üstün tərəfləri var. “Kəpəz”sürətli, mübariz və inadkar komandadır.
“Araz-Naxçıvan” olaraq nəyə qadir olduğumuzu 15 oyun uduzmayanda göstərmişik. Həmin komanda, həmin futbolçulardır.
Hansısa dövrdə eniş yaşasaq da, artıq həmin periodu geridə qoyduğumuzu düşünürəm. Birlik nümayiş etdirməklə qalib gələcəyimizi düşünürəm.
Tovuza qələbə dalınca gedəcəyik və buna nail olmaq üçün çalışacağıq. Önəmli olan müdafiədə vəə hücumda diqqəti əldən verməməkdir”.
Aprelin 13-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.
HƏBİB